Lənkəranda polis əməliyyatı: həbs edilən var
Tarix: 27-05-2019 12:08 | Bölmə: Cəmiyyət
Lənkəranda polis əməliyyatı: həbs edilən var

Polis əməkdaşları tərəfindən Lənkəranda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə keçirdikləri baxış zamanı oradan çəkisi 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}