13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Bakıda bu küçələrdə hərəkət qismən məhdudlaşdırılacaq - Siyahı
Tarix: 27-05-2019 16:56 | Bölmə: Cəmiyyət
Bakıda bu küçələrdə hərəkət qismən məhdudlaşdırılacaq

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, açıqlamada Azərbaycan son zamanlar bir çox mötəbər idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanaraq, bəzi küçələrdə hərəkətin qismən məhdudlaşdırılacağı qeyd bildirilib:

"Qeyd olunan tədbirlər vətəndaşlarımızın və ayrı-ayrı əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yüksək səviyyədə təşkil olunaraq keçirilib.

Əvvəlki illərdə olduğu kimi, hesab edirik ki, 2019-ju il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu da yüksək səviyyədə keçiriləcək.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi diqqətinizə çatdırır ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur".




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq