13:04 / 16-09-2024
Sabah yağış yağacaq
İtini timsah yedi, kişi özünü öldürdü
Tarix: 27-05-2019 19:10 | Bölmə: Cəmiyyət
İtini timsah yedi, kişi özünü öldürdü

ABŞ-da iti ölən kişi buna dözməyərək intihar edib.

Reyting.az xarici mediaya istinadən bildirir ki, 36 yaşlı Endryu Epp iti ilə gəzintiyə çıxıb.

Hansısa məqamda it kişinin əlindən çıxaraq bataqlığa tərəf qaçıb. Burada itə
timsah hücum edib.

Şahidlərin sözlərinə görə, kişi bu mənzərəni görəndə huşunu itirib. Onun psixi problemləri olduğu da bildirilir. İtin ölümü isə onu bərk sarsıdıb.

İti öləndən bir gün sonra Endryu intihar edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq