18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Penitensiar Xidmət İkram Rəhimovla bağlı açıqlama yaydı
Tarix: 05-09-2019 11:42 | Bölmə: Cəmiyyət
Penitensiar Xidmət İkram Rəhimovla bağlı açıqlama yaydı

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İkram Rəhimovun aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatmasi barədə yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a daxil olan açıqlamada bildirilib ki, son günlər ərzində sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında saxlanılan məhkum İkram Rəhimovun həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatması barədə məlumatlar yer almaqdadır.

Penitensiar xidmət bildirir ki, məhkum İkram Rəhimov aclıq aksiyasını dayandırıb və qida qəbuluna başlayıb: "Onun səhhəti ilə bağlı hər hansısa bir problem yoxdur".

Xatırladaq ki, İ.Kərimov "Reallıq.info" saytının Baş redaktorudur. O, DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər