09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
Tarix: 12-11-2025 00:50 | Bölmə: Slayd
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib)

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub.

Reyting.az
bildirir ki, bu barədə "AnewZ" telekanalının müxbiri Nini Nikoleişvili Sıqnaxi bələdiyyəsində, qəzanın baş verdiyi yerdən məlumat verib.

Qeyd olunub ki, təsdiqlənmiş məlumata görə, dağlıq ərazidə qəzaya uğrayan təyyarənin göyərtəsindəki 20 nəfərin hamısı həlak olub.

"Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Axtarış-xilasetmə qrupları və helikopterlər çətin relyef və zəif görmə şəraitində işləyir", - məlumatda deyilir.

Vurğulanıb ki, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.(Report)

***

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarənin həlak olan ekipaj üzvlərinin adı açıqlanıb.

Reyting.az
göyərtədə həlak olan hərbçilərin siyahısını təqdim edir:

1. Gökhan Korkmaz

2. Serdar Uslu

3. Nihat İlgen

4. Cüneyt Kandemir

5. Emre Mercan

6. Nuri Özcan

7. Ümit İnce

8. Burak Özkan

9. Emrah Kuran

10. Hamdi Armağan Kaplan

11. Akın Karakuş

12. İlker Aykut

13. Ramazan Yağız

14. Emre Altıok

15. Burak İbbiği

16. İlhan Ongan

17. Berkay Karaca

18. Ahmet Yaşar Kuyucu

19. Cem Dolapçı

20. Emre Sayın.








Bölməyə aid digər xəbərlər