General müşavir vəzifəsində çalışacaq
Tarix: 13-11-2025 16:56 | Bölmə: Xəbərlər
General müşavir vəzifəsində çalışacaq

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının keçmiş rəis əvəzi general-mayor Faiq Məmmədov yeni vəzifəyə təyin olunub.

Reyting.az
xəbər verir ki, Faiq Məmmədov DSX rəisi general-polkovnik Elçin Quliyevin müşaviri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Faiq Məmmədov Akademiyadan çıxarıldıqdan bir müddət sonra DSX aparatında çalışsa da, sonradan təqaüdə göndərilmişdi. (Mənbə: Gününsəsi)




Bölməyə aid digər xəbərlər
7-11-2025, 16:45 Tiktoker həbs edilib