"Neftçi"nin baş məşqçisi cəzalandırılıb
Tarix: 13-11-2025 13:53 | Bölmə: İdman
"Neftçi"nin baş məşqçisi cəzalandırılıb

"Neftçi" komandasının baş məşqçisi Samir Abasov dörd oyunluq cəzalandırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

Mütəxəssis "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI turunun oyunundan sonra hakimi təhqir etdiyi üçün cəza ilə üzləşib. Paytaxt klubu buna görə 10000 manat cərimələnib.

"Ağ-qaralar" azarkeşlərin sözügedən matçda meydana kənar əşya atması ucbatından 3500 manat ziyana düşüb. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlanıb.

"Neftçi" fanatlar rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün 7000 manat, tərəfdarların oturacaqları sındırmasına və stadiona zərər vurmasına görə 3000 manat ödəyəcək.

"Qarabağ" isə azarkeşlərin təhqiramiz ifadələr işlətməsinə görə 6000 manat cərimə olunub. Bu hal da cari mövsümdə 2-ci dəfə təkrarlanıb.




Bölməyə aid digər xəbərlər