07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bakıda bazarın ətrafında yanğın: iki maşın da alovlanıb - Yenilənib
Tarix: 14-12-2019 18:05 | Bölmə: Cəmiyyət
Bakıda bazarın ətrafında yanğın: iki maşın da alovlanıb - Yenilənib

Bakıdakı 3-cü mikrorayon bazarı yanır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın saat 18:00 dəqiqədə məhdudlaşdırılıb.

Bu barədə Reyting.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

Səhiyyə Nazirliyinin məlumatına görə, yanğında xəsarət alan olmayıb.

***


Bakının Nəsimi rayonunda, "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda baş vermiş yanğın zamanı iki "QAZel" markalı yük avtomobili yanıb.

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Onun sözlərinə görə, həmin maşınlar qismən yanıb.

"Yanğın ərazinin 300 kvadrat metrini əhatə edib. Hadisə yerinə 17 yanğınsöndürən maşın və əlavə qüvvələr də daxil olmaqla ümumilikdə 75 canlı heyət cəlb olunub. Yanğının səbəbləri araşdırılır", - deyə o, bildirib/Report.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}