Üç dövlət qurumu yol qəzaları ilə bağlı birgə tədbirlər planı hazırlayıb
Tarix: 25-12-2019 12:14 | Bölmə: Cəmiyyət
Üç dövlət qurumu yol qəzaları ilə bağlı birgə tədbirlər planı hazırlayıb

"Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqalədə Hallar Nazirliyi yol qəza zamanı hadisə yerinə vaxtında çatılması ilə bağlı birgə tədbirlər planı hazırlayıb".

Bunu Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2020 dövlət proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə deyib.

O bildirib ki, hər üç nazirliyin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb: "Artıq belə təlimlərdəm biri Gəncədə keçirilib".

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər