Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olanlardan 19-nun nəşi tapılıb
Tarix: 12-11-2025 14:27 | Bölmə: Siyasət
Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olanlardan 19-nun nəşi tapılıb

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 19-nun nəşi tapılıb.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə KİV-ləri bildirib.

Sonuncu heyət üzvünün nəşinin tapılması üçün işlər davam etdirilir.

Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsindəki heyətin bütün üzvləri həlak olduğu bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər