21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Cəbhədə düşmən təxribatı: bir hərbçimiz şəhid oldu
Tarix: 15-02-2020 17:57 | Bölmə: Cəmiyyət
Cəbhədə düşmən təxribatı: bir hərbçimiz şəhid oldu

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyb və cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bəyan edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər