21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ermənilərin Qaradağlıda törətdiyi ağır cinayətdən 28 il ötür
Tarix: 17-02-2020 08:27 | Bölmə: Cəmiyyət
Ermənilərin Qaradağlıda törətdiyi ağır cinayətdən 28 il ötür

Ermənistan silahlı birləmələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 28 il ötür.

Azərbaycan ərazisinə soxulmuş erməni silahlı birləşmələri Xankəndidə dislokasiya olunmuş Sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnika və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma başlayıb. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb.

Şahid ifadələrinə görə, girov götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.

Qaradağlı indi də işğal altındadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər