13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Peşə ixtisasları üzrə teledərslərin yayım tarixi açıqlanıb
Tarix: 26-03-2020 16:24 | Bölmə: Cəmiyyət
Peşə ixtisasları üzrə teledərslərin yayım tarixi açıqlanıb

Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.

Elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin video dərslər portalında ( https://video.edu.az/) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib.

Peşə ixtisasları üzrə teledərslərin çəkilişi davam etdirilir.

Qeyd edək ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə biləcəklər.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:01 Sabah yağış yağacaq
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}