21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
15:58 / 09-11-2025
İtkin düşən 17 yaşlı şəxs tapılıb - Foto
15:52 / 09-11-2025
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
14:18 / 09-11-2025
Sabahın hava proqnozu açıqlanıb
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
20:00 / 08-11-2025
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
14:07 / 08-11-2025
İlham Əliyev: “İndi onlar təcridxanada Azərbaycan çayı içirlər” - Video
12:23 / 08-11-2025
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
12:05 / 08-11-2025
Prezident və xanımı Fəxri xiyabanda - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
00:14 / 08-11-2025
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:09 / 07-11-2025
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
21:17 / 07-11-2025
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
19:33 / 07-11-2025
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə təqaüd təyin olunub
19:01 / 07-11-2025
General: Rusiya NATO-ya hücum edə bilər - Xəbərdarlıq
18:21 / 07-11-2025
Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər
18:10 / 07-11-2025
Dronlar Başqırdıstandakı əsas neft-kimya zavodunu vurub
18:06 / 07-11-2025
Hava limanında partlayış olub
12:50 / 05-11-2025
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
15:24 / 05-11-2025
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
13:35 / 05-11-2025
Prezident 10 nəfəri təltif edib - Siyahı
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
13:28 / 05-11-2025
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
09:17 / 06-11-2025
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:48 / 06-11-2025
Bakı Slavyan Universitetində konfrans keçirilib - Fotolar
12:28 / 05-11-2025
Azərbaycanlı ekspert İrəvanda - Birgə mexanizm yaradılması təklif olunur
200 milyonluq mübahisə: soydaşlarımızın qarşıdurması yenidən araşdırılıb - Video
Tarix: 16-04-2020 12:42 | Bölmə: Cəmiyyət

Rusiya mətbuatı yenidən azərbaycanlı iş adamlarından yazıb. “The Moscow Post”un əməkdaşı Anna Arxangelskaya Qod Nisanov və onun keçmiş biznes şəriki İlqar Hacıyevin 200 milyon dollarlıq mübahisəsini araşdırıb:
“Aldadılmış payçılar və digər şahidlər “Kiyevskaya ploşad” şirkəti sahibinin əleyhinə çıxdılar.
“Kiyevskaya ploşad” şirkətinin ortağı Qod Nisanov keçmiş biznes şəriki İlqar Hacıyevi sıxışdırmağa və SDI Qrupun strukturlarından pul “çəkməyə” davam edir. Münaqişə hələ 2019-cu ildə Hacıyev, Qod Nisanovun hərəkətləri nəticəsində öz biznesindən məhrum olanda və təhlükədən qaçaraq xaricə getməyə məcbur olanda böyük səs-küyə səbəb olmuşdu.
O, öz aktivlərinə nəzarəti, sözsüz ki, itirib”.
“The Moscow Post”un müxbiri İlqar Hacıyevin şərikləri ilə əlaqə saxlayaraq, quldurcasına qəsb və Qod Nisanovun top-menecerlərinin SDI Qrupun nəzarətində olan “Akkord Xüsusi İnşaat”dan, “Komfortİnvest” İxtisaslaşdırılmış İnşaatçı MMC-dən və “USK”dən nəzarətsiz çıxarılan pullar haqqında eksklüziv təfərrüatları öyrənib:
“Konflikt 200 milyon dollar gəlir vəd edən “VernadSKY” JK (Yaşayış Kompleksi) layihəsindən başlayıb. Nəhəng inşaat layihəsində Hacıyev və “İlion-Treyd Firması” MMC (hüquqi varis qismində “Rijskaya MMC-nın çıxış edtdiyi firmanın təsisçiləri siyahısında, böyük ehtimal ki, Zarah İliyevin qohumları olan İliyev Ben Sion Zaxaroviç və İliyev Roman Laziroviç adlı adamların adı var) iştirak edirdilər.
İlqar Hacıyev bu layihəyə 360 milyon rubl vəsait qoyub və inşaat başa çatdıqda yaşayış sahəsinin 70, kommersiya sahəsinin isə 50 faizi ona çatmalı imiş. Yerdə qalan sahələr də Qod Nisanovun və onun əmisi (dayısı, bibisi, xalası) oğlu Vladislav Yusupovun payına düşürmüş. Lakin görünür, Hacıyevin payı çox “şirin” olub, odur ki, aktivlərin idarə olunmasına əvvəlcə Nisanovun yaxın adamı Albert İmanilov cəlb edilib, daha sonra isə Hacıyevi layihədən tamamilə uzaqlaşdırıblar!

Ancaq görünür, bu da azlıq edib. 2019-cu ildə Nisanovun “Vityaz” ÇOP-dan (Xüsusi Mühafizə Təşkilatı) olan qoluzorluları “VernadSKY”nin ofisinə, üç gündən sonra isə SDI Qrupun baş ofisinə soxulublar. İdarə qəsb olunub və pulları onun strukturlarından nəzarətsiz şəkildə çıxarmağa başlayıblar!
Təkcə Hacıyevin biznesi deyil, payçıların hüquqları da təhlükəyə məruz qalıb. Çünki inşaat dayandırılıb! İş adamının prokurorluğa müraciətləri hüquq-mühafizə orqanları tərəfindən başdansovdu qarşılanıb”.
Payçılar Prezidentdən kömək istəyir
Müəllif ehtimal edir ki, sakinlər öz mənzillərini hələ çox gözləməli olacaqlar, çünki yaşayış kompleksinin pullarının cəmləndiyi “Komfortİnvest” İxtisaslaşdırılmış İnşaatçı MMC-dən 200 milyon vəsaiti firmanın direktoru Nikita Dalniçenko çıxarıb. Çox güman ki, o da Qod Nisanovun adamıdır. Axı Dalniçenkonun bu pulu həm vəzifə səlahiyyətlərinə, həm də payçılığa əsaslanan inşaat qanunvericiliyinə uyğun olaraq kimsəyə vermək hüququ yoxdur:

“On milyonlarla vəsait “Akkord Xüsusi İnşaat”MMC-nin hesablarından da eyni üsulla (bilərəkdən qaytarılmayan borclar verməklə) çıxarılıb. Bu zaman baş direktor Valeri Nojiçkin ödəmə sənədlərini imzalamaqdan imtina edib. Ancaq pulları yenə də aparıblar. Görünür, SDI Qrupun ofisi qəsb olunan gün peyda olub, özünü şirkətin meneceri kimi təqdim edən Flera Teplinskayanın verdiyi “əmr” dadlarına çatıb. Nojiçkin hesab edir ki, Teplinskaya, Vladislav Yusupovun razılığı ilə hərəkət edib. Bəlkə “Vlad ilə razılaşdırılıb” yazılmış bütün ödəmə sənədlərinə imza atan elə onun öz əli olub?”.
Teplinskaya sənədi Nojiçkinin imzaladığını “sübut edir”
Bəs Valeri Nojiçkin özü nə deyir: “Nisanov ilə Hacıyev arasındakı münaqişədən mənim xəbərim vardı, ancaq onların barışacağını və işlərin öz axarında davam edəcəyini düşünürdüm. Lakin 2019-cu il aprelin sonunda təkcə baş ofis deyil, bütün tikinti meydançaları da qəsb olunanda, əməkdaşlar iş yerlərinə buraxılmayanda SDI Qrupun mövcudluğu böyük sual altına düşdü”.
Nojiçkin saxtalaşdırılmış imzalar haqqında da danışıb:
“Mənim firmam xərclərin optimallaşdırılması məqsədilə başqa bir şirkətlə mühasibat xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamışdı. Mən bankın açarlarını və elektron-rəqəmsal imzaları mühasibat uçotu apara bilmələri üçün həmin şirkətə vermişdim. Ancaq necə olubsa, quldurcasına basqın zamanı onlar üçüncü şəxslərin əlinə keçib və onlar maliyyə sənədlərində mənim imzalarımı saxtalaşdıraraq, şirkətimin pul vəsaitlərini öz şirkətlərinin hesablarına köçürüblər”.
Hazırda məhkəmə pristavları müntəzəm olaraq baş direktora borc sənədləri gətirirlər. Bundan başqa, maaşları ödəmədiyi üçün ona cinayət işi də qaldırılıb. Valeri Nojiçkin dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib, ancaq tərəzinin gözü hələ ki, Nisanovun adamları tərəfə əyilir.
“Akkord Xüsusi İnşaat” şirkətinin layihələri dayandırılıb, insanlar işdən çıxarılıb, məhkəmələr gedir, qalıb işləyən rəhbərliyi cinayət məsuliyyəti gözləyir. Yeri gəlmişkən, “Akkord Xüsusi İnşaat”a qarşı məhkəmə cərimələrinin məbləği təxminən 1,5 milyard rubldur!
“Yeni” top-menecerlərlə müşavirə
Quldurlardan ziyan görən təkcə “Akkord Xüsusi İnşaat” deyil, həm də onun tərəfdaşlarıdır. “The Moscow Post”, “Tesla” MMC-nin baş direktoru Anatoli İvanovdan açıqlama alıb. Bu şirkət “Akkord Xüsusi İnşaat” ilə bir neçə obyektdə əməkdaşlıq edib, elektrik cihazlarının quraşdırılması işlərini yerinə yetirib.
Anatoli İvanovun sözlərinə görə, quldurcasına qəsb “Tesla” şirkətinə bu cür təsir edib:
“2019-cu ildə tikinti meydançalarından birinə “Perspektiv Texnologiyaların İnkişaf Agentliyi” adlanan bir qurumun nümayəndələri gəldilər. Onlar dedilər ki, “Akkord Xüsusi İnşaat” şirkəti ümumi podrat müqaviləsini onlara həvalə edib və üçtərəfli müqavilə bağlanmasını tələb etdilər. Həmin müqavilənin şərtlərinə görə, “Akkord Xüsusi İnşaat”ın bizə ödədiyi 8 milyon rubl vəsaiti tam həcmdə avans olaraq onlara verməliydik”.
Anatoliy İvanov tərəfdaşlarına zəng vurub müqavilənin saxtalaşdırıldığını öyrəndikdən sonra naməlum qurumla hər hansı sənədi imzalamaqdan imtina edib. “Perspektiv Texnologiyaların İnkişaf Agentliyi” dərhal “Tesla”nı məhkəməyə verərək, ondan şirkətin artıq çoxdan sərf etdiyi avansı tələb edib! Həm də məbləği iki dəfə artıraraq, 16 milyona çatdırıb!

Prokurorluq niyə heç nə etmir?
SDI Qrupun strukturlarından böyük məbləğdə vəsaitlərin çıxarılması haqqında “USK” MMC-nin keçmiş baş direktoru Alan Kabanov da danışıb. Sabiq top-menecer əvvəlcə bildirib ki, baş ofis zəbt olunduqdan sonra onu və digər rəisləri toplayıb, Vladislav Yusupovun apardığı iclas keçiriblər. Yığıncağın mahiyyəti ondan ibarət olub ki, şirkətin bütün qruplarına real rəhbərlik Yusupovun və Flera Teplinskayanın əlinə keçib.
Alan Kabanov deyib: “Pulların çıxarılması iki mərhələdə həyata keçirilib. Məsələ burasındadır ki, “USK”nın öz mühasibatı olmayıb və elektron açarlar SDI Qrupunun bütün qruplarına xidmət göstərən başqa bir mühasibat qrupunun əlində olub. Quldur basqınından sonra mən açarları bloklamağı qərara aldım. Bundan sonra mənə Hacıyevin strukturları ilə faktiki olaraq heç bir fəaliyyət həyata keçirməyən firmaların siyahısından ibarət bir çıxarış verdilər”.
Deməli, pullar “saxta firmalara” köçürülüb! Alan Kabanov görülmüş işlərə dair heç bir akta imza atmayıb, bu firmaları da ilk dəfə görürmüş! Burada da pulların “yuyulmasında” məhz qaytarılmayan borclar məsələsindən istifadə edə bilərdilər və Flera Teplinskayasız keçinməyiblər. Teplinsakaya qrupun bütün fəaliyyətinə nəzarət edib və ödəmə sənədlərini də o imzalayıb.
“USK” rəhbərliyi ucadan car çəkərək, pul köçürmələrinin saxta olduğunu tanımaları üçün bütün mümkün insansiyalara məlumat verib. Ona görə ki, borc müqavilələrinə baxsaq, “USK”-nın yetərincə böyük faiz dərəcəsi olduğunu, borcluların ödəmə etməli olduqlarını, ancaq öz öhdəliklərini yerinə yetirmədiklərini görmək olar.

Ancaq görünür, Nisanov qanun-manun hərləmir. Elə onun hazırda SDI Qrupu idarə edən harınlamış top-menecerləri də. Paytaxt bazarlarının mənfur sahibi payçıların halına çətin yansın. “Yuyulmuş pullar” yəqin çoxdan xarici hesablarda “quruyurlar”.
SDI Qrupu qəsb etdiyinə görə Nisanova hələ də heç bir irad bildirilməyib. Görünür, Qod müəllim xoşbəxt ulduz altından dünyaya gəlib. Ancaq qrupun keçmiş və hazırda iş başında olan baş direktorlarından ikicəciyinin ifadəsini almaq yetərlidir ki, onu bir neçə illik içəriyə “istirahətə” göndərsinlər!
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:18
Sabahın hava proqnozu açıqlanıb
7-11-2025, 17:38
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
7-11-2025, 14:10
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək
7-11-2025, 14:04
Qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb
7-11-2025, 12:08
Sabah hava necə olacaq? - Proqnoz
7-11-2025, 08:54
Yeni texnologiya: "Superağıl" süni intellekti üstələyəcək
7-11-2025, 07:42
Trampın bəyanatını eşidən şirkət rəhbəri huşunu itirib
6-11-2025, 17:29
Moskva məhkəməsi azərbaycanlı qardaşlara hökm oxuyub
6-11-2025, 17:16
Regional Təhsil İdarəsinin müdir müavini yeni vəzifəyə təyinat alıb
6-11-2025, 13:03
İmtahanlara müdaxilə edən şəxslərin cinayət işi məhkəməyə göndərilib
6-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
6-11-2025, 11:36
Eldar Əzizov rəisi vəzifədən azad edib
6-11-2025, 11:13
Meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlayıb
6-11-2025, 08:29
Dünyada ən çox meşə sahəsinə malik ölkələr... - Siyahı
5-11-2025, 18:03
Bu gün Super Ay hadisəsi müşahidə olunur
5-11-2025, 17:52
"Baza otel spa" adlı otelin müdiri saxlanılıb
5-11-2025, 15:34
Qayıqda 2 tona yaxın kokain tutulub - Video
5-11-2025, 15:01
Beş il ərzində smartfonlar dövriyyədən çıxacaq
5-11-2025, 12:48
Sabah yağışlı hava olacaq - Proqnoz
5-11-2025, 12:44
Bakıda NATO kursu keçirilir
5-11-2025, 08:48
Fili tək əli ilə qaldıra bilən əzələ nümayiş etdirilib
4-11-2025, 17:15
“Azəriqaz”ın direktor müavininin bacanağına hökm oxunub
4-11-2025, 16:29
Təhsil müəssisələrində iş və istirahət günlərinin yeri dəyişib
4-11-2025, 16:13
Metroda yeni ödəniş qaydası tətbiq olunur
4-11-2025, 11:46
Tehran şəhərinin su ehtiyatı tükənir
4-11-2025, 09:15
Kainatla bağlı yeni tədqiqatlar aparıblar
4-11-2025, 08:43
Dekabrın 15-i “Ümumdünya Türk Dilləri Ailəsi Günü”dür
3-11-2025, 15:53
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
3-11-2025, 15:20
Vəzifəli şəxs rüşvət ittihamı ilə həbs edilib
3-11-2025, 14:21
Süni intellekt "YouTube" platformasına hücum edib?
3-11-2025, 12:49
Sabah hava necə olacaq? - Proqnoz
3-11-2025, 12:23
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
3-11-2025, 09:58
Prezidentin Təhlükəsizlik Xidmətində dəyişiklik olub
3-11-2025, 09:19
Əfqanıstandakı zəlzələ Qazaxıstanda da hiss olunub
2-11-2025, 13:04
Sabah yağış yağacaq
1-11-2025, 17:27
Oğlunu azad torpaqlarda, dalğalanan bayraqda görən ana
1-11-2025, 12:47
Sabah hava necə olacaq? - Proqnoz
31-10-2025, 20:21
Rey Kərimoğlu: Layihəmiz yekunlaşsa da, işlərimiz davam edəcək - Fotolar
31-10-2025, 18:00
Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib
31-10-2025, 17:44
Noyabrda hava necə olacaq? - Aylıq proqnoz
31-10-2025, 14:34
Altı milyon il əvvəlin buzu tapılıb
31-10-2025, 13:28
Xəstəxanaya direktor və baş həkim təyin edilib - Foto
31-10-2025, 13:18
Fariz Babayev direktor vəzifəsindən azad edilib - (Yenilənib)

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək