Marneulidə azərbaycanlı dini rəhbər və daha bir neçə nəfər istintaqa cəlb olunub
Tarix: 16-04-2020 15:20 | Bölmə: Cəmiyyət
Marneulidə azərbaycanlı dini rəhbər və daha bir neçə nəfər istintaqa cəlb olunub

ÜmumGürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağrılıb.

Onunla yanaşı, Marneulidəki İmam Əli məscidi fondunun sədri və bir neçə üzvü də DTX-ya sorğu-suala dəvət olunub.

Gürcüstanın İnsan Haqlarının Tədrisi və Monitorinqi Mərkəzindən (EMC) bildirilib ki, həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaq aparılır. İstintaqın digər detalları barədə məlumat təqdim olunmayıb.

EMC-dən qeyd olunub ki, M.Əsədov ötən gün “Mtavari arxi” televiziya kanalına müsahibəsində Gürcüstanın teokratik deyil, dünyəvi ölkə olduğunu deyib. Jurnalistin hökumətin kilsələri bağlamamaqla bağlı qərarına münasibət bildirən din xadimi o zaman Ramazan ayında məscidlərin açılacağını bildirib: “Baş nazirin buna necə münasibət göstərəcəyinə baxarıq”.

M.Əsədov bunun sadəcə ritorik sual olduğunu vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
29-10-2024, 12:05 Sabah yağış yağacaq
28-10-2024, 13:25 Sabah yağış yağacaq
26-10-2024, 12:08 Sabah yağış yağacaq