Koronavirusa yoluxmuş Gəncə sakini müalicədən imtina edib
Tarix: 16-04-2020 16:38 | Bölmə: Cəmiyyət
Koronavirusa yoluxmuş Gəncə sakini müalicədən imtina edib

TƏBİB son günlərdə Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğu iddiaları ilə bağlı sosial şəbəkələrdə yaydığı videomaterial haqda açıqlama yayıb.

TƏBİB-in məlumatına görə, vətəndaşdan 11 və 13 aprel 2020-ci il tarixlərdə koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub.

“Videomaterialda iddia edilir ki, vətəndaşa sms sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügedən şəxs eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır. Analiz üçün nümunələr götürülən zaman, bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən, həmin şəxslərdən birinin test nəticəsi sms vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib. Ancaq vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib”, - deyə açıqlamada qeyd olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
29-10-2024, 12:05 Sabah yağış yağacaq
28-10-2024, 13:25 Sabah yağış yağacaq
26-10-2024, 12:08 Sabah yağış yağacaq