Nazirlər Kabineti orta ixtisas təhsili ilə bağlı qərar verib
Tarix: 17-04-2020 23:21 | Bölmə: Cəmiyyət
Nazirlər Kabineti orta ixtisas təhsili ilə bağlı qərar verib

Nazirlər Kabineti “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nı təsdiqləyib.

Orta ixtisas təhsili üzrə ixtisasların yeni Təsnifatının təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı qüvvədən düşüb.

Orta ixtisas təhsili üzrə ixtisasların yeni Təsnifatı 2020-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:53 Sabah yağış yağacaq