13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Tokioda poçtalyonlar əhaliyə pulsuz maska paylayır
Tarix: 17-04-2020 23:53 | Bölmə: Cəmiyyət
Tokioda poçtalyonlar əhaliyə pulsuz maska paylayır

Yaponiyanın poçt xidməti aprelin 17-də Tokio şəhərində evlərə pulsuz tibbi maskalar paylamağa başlayıb.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, poçtalyon hər qutuya parçadan iki maska, onun istifadə və necə yumaq qaydası ilə bağlı bildiriş atırlar.

Maskaların paylanmasına koronavirusa daha çox yoluxma qeydə alınan məhəllələrdə başlayıb. Əhalinin pulsuz maska ilə təmin olunmasını Baş nazir Sindzo Abe tətbiq edib. Ehtimal olunur ki, 50 milyona yaxın ev təsərrüfatına maska paylanacaq.

Aprelin 17-də Tokioda ilk dəfə koronavirusa yoluxma sayı 200-i keçib, şəhər rəhbərliyi virusa 201 yoluxma halını təsdiqləyib. İki gün əvvəl şəhərdə yoluxanların sayı 149-a çatmışdı. Tokioda ümumilikdə COVID-19-a 2796, Yaponiyada 9231 nəfər yoluxub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər