09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Mayın 10-da yuxarı sinif şagirdləri dərsə gedəcək? - Nazirlikdən açıqlama
Tarix: 18-04-2020 11:45 | Bölmə: Cəmiyyət
Mayın 10-da yuxarı sinif şagirdləri dərsə gedəcək? - Nazirlikdən açıqlama

Təhsil Nazirliyi mayın 10-dan orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri üçün tədrisin başlanılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Reyting.az
xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, mayın 10-dan yuxarı sinif şagirdləri - yəni 9, 10 və 11-ci sinif şagirdləri üçün orta məktəblərdə tədrisin başlanılacağı barədə hər hansı qərar verilməyib:

"Təhsil Nazirliyində belə bir məlumat yoxdur. Bu barədə qərarın verilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. İnsanları yalnız rəsmi mənbələrin məlumatlarına inanmağa çağırırıq".




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq