09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Daha 2185 sürücü cərimələnib
Tarix: 18-04-2020 12:10 | Bölmə: Cəmiyyət
Daha 2185 sürücü cərimələnib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 17.04.2020-ci il saat 00:00-dan 18.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2185 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Reyting.az-a verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 27587 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq