13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
"Valideynlərin işsiz olması haqda arayış almasına ehtiyac yoxdur" - Təhsil haqqı xərcləri ilə bağlı açıqlama
Tarix: 21-04-2020 13:10 | Bölmə: Cəmiyyət
"Valideynlərin işsiz olması haqda arayış almasına ehtiyac yoxdur" - Təhsil haqqı xərcləri ilə bağlı açıqlama

"Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur".

Reyting.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur:

"Hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq”“altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək.

Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir. İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”də e-arayış bölməsinə daxil olmaqla, müvafiq elektron arayışı əldə etmək olar".




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər