13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ankara koronavirusdan ölənlərin statistikasını saxtalaşdırır – İddia
Tarix: 21-04-2020 22:07 | Bölmə: Cəmiyyət
Ankara koronavirusdan ölənlərin statistikasını saxtalaşdırır

“Türkiyənin hazırki vəziyyəti koronavirusdan ölənlərin həqiqi sayını gizlətməyə imkan verir”.

Reyting.az
“New York Times”-a istinadla xəbər verir ki, bu, ABŞ qəzetinin iddiasıdır.

“New York Times” rəsmi statistikanı Bentli Universitetində müəllim olan iqtisadçı Onur Altındağın statistikası ilə müqayisə edib.

Onun iddiasına görə, 9 Mart - 12 Aprel tarixləri arasında İstanbulda virusdan 2100 nəfərdən çox insan ölüb.

Qəzet AKP iqtidarının koronavirusla mübarizəsini tənqid edib. "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftələrdir ölkənin COVID-19-a qarşı performansını dünyanın ən müvəffəqiyyətli nümunələrindən biri olaraq təqdim edərkən, epidemiyaya dair məlumatları nəzarətdə saxlayır".

Məqalədə həqiqi statistikanın gizlədilməsi ilə yanaşı, Türkiyə iqtisadiyyatının çökdüyü və bunun AKP iqtidarı üçün “fəlakət olduğu” iddia olunur. “Çətin iqtisadiyyat və yüksək işsizlik səbəbindən Ərdoğanın populyarlığı epidemiyadan əvvəl də azalıb... Virus artıq Ərdoğanın əleyhdarlarının artan gücünü ortaya qoydu".

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər