10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Siyəzəndə dağlıq ərazidə yanğın söndürülüb
Tarix: 31-07-2020 18:00 | Bölmə: Cəmiyyət
Siyəzəndə dağlıq ərazidə yanğın söndürülüb

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}