Ermənilər atəşkəsi pozmaqda davam edir - Ağdamda bir mükli şəxs həlak olub
Tarix: 10-10-2020 21:48 | Bölmə: Cəmiyyət
Ermənilər atəşkəsi pozmaqda davam edir - Ağdamda bir mükli şəxs həlak olub

Ermənistanın hərbi-siyasi rəhbərliyi oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Respublika Baş Prokurorluğundan Reyting.az-a verilən məlumata görə, bu gün saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulmuş, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub.

Fakt üzrə Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) , 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1 (cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər