14:30 / 05-07-2025
Sabah yağış yağacaq
43 azərbaycanlı həkim və 2 tibb bacısı hərbçilərimizə tibbi xidmət göstərmək üçün vətənə dönüb - Fotolar
Tarix: 11-10-2020 13:36 | Bölmə: Cəmiyyət
43 azərbaycanlı həkim və 2 tibb bacısı hərbçilərimizə tibbi xidmət göstərmək üçün vətənə dönüb

Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TƏBİB-in dəstəyi ilə Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.

Mia.az xəbər verir ki, azərbaycanlı həkim heyəti Ankaranın Esenboğa Hava Limanından yola salınıblar.

Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkimlərin və Türkiyədəki həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilib.






Bölməyə aid digər xəbərlər
Bu gün, 14:30 Sabah yağış yağacaq