12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Tərtərə son gündə 400 mərmi atılıb - 10-dan çox evə və məktəbə ziyan dəyib
Tarix: 14-10-2020 17:52 | Bölmə: Cəmiyyət
Tərtərə son gündə 400 mərmi atılıb - 10-dan çox evə və məktəbə ziyan dəyib

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir.

Məlumata görə, oktyabrın 14-də düşmən tərəfindən rayon ərazisinə 400-ə yaxın mərmi atılıb.

Nəticədə 1 mülki şəxs ölüb, 9 nəfər yaralanıb. Həmçinin AZTV-nin çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına düşmən tərəfindən top mərmiləri atılıb. Nəticədə AZTV-nin sürücüsü Namiq Qəmbərov xəsarət alıb.

Gün ərzində Tərtər rayon ərazisinə düşən top mərmiləri nəticəsində 10-dan çox mülki evə və Düyərli kənd tam orta məktəbinə ziyan dəyib.

Sentyabrın 27-dən oktyabrın 14-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atılan top mərmiləri nəticəsində ümumilikdə Tərtər rayonunda 10 nəfər ölüb, 49 nəfər yaralanıb/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq