Bir şəhərə və iki rayonun kəndlərinə giriş-çıxış qadağan edildi
Tarix: 14-10-2020 23:54 | Bölmə: Cəmiyyət
Bir şəhərə və iki rayonun kəndlərinə giriş-çıxış qadağan edildi

Nazirlər Kabineti Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı qərar verib.

Reyting.az
xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

Bu Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər