Sabiq icra başçısının məhkəməsinə şahidlər məcburi gətiriləcək - Qərar
Tarix: 22-04-2022 11:50 | Bölmə: Cəmiyyət
Sabiq icra başçısının məhkəməsinə şahidlər məcburi gətiriləcək

İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Reyting.az
-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən posesdə bildirilib ki, dindirilməyən 17 şahid məhkəməyə rəsmi qaydada çağrılsalar da, prosesə gəlməyiblər.

Məhkəmə şahidlər barəsində məcburi gətirilmə qərarı verib.

Proses aprelin 25-ə qədər təxirə salınıb.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər