Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyir
Tarix: 11-11-2025 20:48 | Bölmə: Slayd
Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyir

“Pakistanın İslamabad və Vana şəhərlərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərindən dərin kədər hissi keçiririk”.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

XİN-nin “X” hesabındakı paylaşımda qeyd olunur: “Bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını arzulayırıq”.

XİN-nin açıqlamasında həmçinin Azərbaycanın bütün forma və təzahürlərində terrorizmlə mübarizədə Pakistanla tam həmrəy olduğu bildirilib.




Bölməyə aid digər xəbərlər