AMEA-nın növbəti yığıncağı: prezident seçkisi olmayacaq
Tarix: 22-04-2022 17:09 | Bölmə: Cəmiyyət
AMEA-nın növbəti yığıncağı: prezident seçkisi olmayacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 27-də keçirilməsi nəzərdə tutulan Ümumi yığıncağının proqramı məlum olub.

Məlumata görə, yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açıq elan edəcək.

Yığıncaqda 8 bölmənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinləniləcək.

Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsi haqqında məlumatla çıxış edəcək.

Bundan başqa, tədbirdə “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanlarının təqdimatı olacaq.

Gündəlikdə Akademiyanın yeni prezidentinin seçilməsi məsələsi yer almayıb/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər