Kəmaləddin Heydərov iki idarəyə rəis təyin edib
Tarix: 23-04-2022 13:15 | Bölmə: Cəmiyyət
Kəmaləddin Heydərov iki idarəyə rəis təyin edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov vəzifədən çıxarılan idarə rəislərinin yerinə yeni təyinatlara imza atıb.

Məlumata görə, nazirin müvafiq əmri ilə polkovnik Zaur Zeynalov Fövqəladə Hallar Nazirliyinin Maliyyə-İqtisadiyyat Baş idarəsinin rəisi vəzifəsinə təyin olunub. 

K.Heydərovun digər əmri ilə, hüquq idarəsinin rəisi vəzifəsinə İlhamə Paşa qızı Turabova təyin olunub. 

Onların hər ikisi bundan əvvəl sözügedən idarələrin rəis müavinləri olublar/Qaynarinfo

Qeyd edək ki, FHN-nin Maliyyə-iqtisadiyyat Baş idarəsində aparılan yoxlamalar zamanı general Nağı Nağıyevin rəhbəri olduğu qurumda ciddi qanun pozuntuları aşkarlanıb.

Bu səbəbdən K.Heydərov onu tutduğu vəzifəsindən azad edib.

Hüquq idarəsinin rəisi (mülki) Nərgiz Yusubova isə öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər