Milli Məclisin birgə komitələrinin Şuşada keçiriləcək iclasının vaxtı dəyişib
Tarix: 25-04-2022 12:40 | Bölmə: Cəmiyyət
Milli Məclisin birgə komitələrinin Şuşada keçiriləcək iclasının vaxtı dəyişib

Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının vaxtına dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçiriləcək birgə iclası aprelin 27-də baş tutacaq.

Toplantının daha əvvəl aprelin 29-da keçirilməsi nəzərdə tutulmuşdu. İclasda "İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər", "Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu", "Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələr" mövzularında dinləmələr keçriləcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər