Laçında itkin düşən hərbçilərimizin axtarışları davam etdirilir
Tarix: 26-04-2022 10:47 | Bölmə: Cəmiyyət
Laçında itkin düşən hərbçilərimizin axtarışları davam etdirilir

Azərbaycan Ordusunun Laçın rayonunda itkin düşən 2 hərbi qulluqçusunun axtarışları davam etdirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq