Uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb
Tarix: 26-04-2022 14:32 | Bölmə: Cəmiyyət
Uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb

"Son günlər uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qusma, ishal və hərarət müşahidə olunur".

Reyting.az
Kliniki Tibbi Mərkəzinə istinadla bildirir ki, uşaqlar arasında yayılan bu xəstəliklər mövsümi xarakter daşıyır və simptomları rotavirusa məxsusdur.

Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, hər il mövsümü xəstəliklər kimi müşahidə olunan rotavirus hazırda sürətlə yayılır: “Əlamətləri yüksək hərarət, qusma, bəzi hallarda ishalın olmasıdır. Valideynlərin uşaqları xəstə olduğu halda bağçaya, məktəbə göndərməsi virusun yayılmasında əsas səbəbdir. Xəstə uşaqlarla təmas nəticəsində sağlam uşaqlar da virusa yoluxur. Maye itkisi olduğuna görə, uşaqların vəziyyəti tez bir zamanda ağırlaşa bilər. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır”




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər