18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Vətəndaş DİN-nin binasının qarşısında özünü yandırıb - Yenilənib
Tarix: 26-04-2022 21:37 | Bölmə: Cəmiyyət
Vətəndaş DİN-nin binasının qarşısında özünü yandırıb

Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub.

Hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafa olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib”.

***

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub:

"Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb. Həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}