Maşallah Əhmədovun Vilyam Hacıyev barəsində şikayətinə xitam verilib
Tarix: 27-04-2022 11:20 | Bölmə: Cəmiyyət
Maşallah Əhmədovun Vilyam Hacıyev barəsində şikayətinə xitam verilib

Veteran futbolçu Maşallah Əhmədovun İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevlə bağlı şikayətinə xitam verilib.

İstintaq orqanı tərəfindən aparılan araşdırmanın nəticəsinə görə Vilyam Hacıyevin Maşallah Əhmədov və iş adamı Müqayis Verdiyevə borcu olması, onlara qarşı dələduzluq etməsi sübut olunmayıb. Şikayət əsassız olduğuna görə cinayət işinə həmin epizodla bağlı hissədə bəraətverici əsaslarla xitam verilib.

Maşallah Əhmədov və Müqayis Verdiyevin sabiq icra başçısının məhkəməsində ifadə verəcəkləri gözlənilsə də, sözügedən qərardan sonra onlar şahidlər siyahısına salınmayıblar.

Xatırladaq ki, Maşallah Əhmədov uzun müddətdir Vilyam Hacıyev tərəfindən aldadıldığını iddia edib. Onun sözlərinə görə, iş adamı Müqayis Verdiyevlə birgə İmişli Rayonunda aparılan yenidənqurma işlərində iştirak etsələr də, Vilyam Hacıyev onların pulunu verməyib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırma aparılıb.

Xatırladaq ki, M.Əhmədov 2015-ci ildə bir neçə nəfərə qarşı dələduzluq etdiyinə görə həbs olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum olunub.

O, 2017-ci ildə cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb/APA




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər