Sumqayıtda direktoru cərimələnib
Tarix: 02-05-2022 12:04 | Bölmə: Cəmiyyət
Sumqayıtda direktoru cərimələnib

Aprelin 30-da Sumqayıt Şəhər Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının İnşaatçılar qəsəbəsi ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

Reyting.az
DİN-ə istinadla bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə hüquqi şəxs “Aznur” ASC-nin direktoru R.Hüseynov, fiziki şəxslər R.Davudov və E.Kərimov barəsində inzibati protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər