Azad edilmiş ərazilərdə modul xəstəxanalar quraşdırılacaq
Tarix: 02-05-2022 12:54 | Bölmə: Cəmiyyət
Azad edilmiş ərazilərdə modul xəstəxanalar quraşdırılacaq

“Artıq Şuşada çox böyük yenidənqurma işləri aparılır".

Reyting.az
xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, 2021-ci ilin oktyabrında ilk modul tipli xəstəxana Şuşada quraşdırılıb: “Orada 1256-dan çox xəstə müraciət edib. 138 COVİD testi verilib, 6 kiçik əməliyyat həyata keçirilib. Bu xəstəxanada demək olar bütün xidmətlər var. Əlavə olaraq biz 6 ərazidə modul tipli xəstəxanaların quraşdırılması istiqamətinfə işlər görürük. Bunlar Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda planlaşdırılır. İlk modul tipli xəstəxananı Ağdamda quraşdırmağa nail olacağıq”.




Bölməyə aid digər xəbərlər