Polis sayğac oğrularını tapa bilmir - Fotolar
Tarix: 04-05-2022 20:07 | Bölmə: Cəmiyyət
Polis sayğac oğrularını tapa bilmir

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 28, blok 4-də oğurluq hadisəsi baş verib.

Bu barədə Reyting.az-a sakinlər bildiriblər.

Onların sözlərinə görə, binanın girişində quraşdırılmış su sayğacları naməlum şəxslər tərəfindən oğurlanıb.

Oğurluq hadisəsi ilə bağlı polisə edilmiş müraciət hələlik nəticəsizdir, oğruları tapmaq müşkilə çevrilib.

“Azərsu” ASC-dən isə sakinlərə deyiblər ki, sayğacların oğurlanması ilə bağlı polisdən arayış təqdim edildikdən sonra yeni sayğaclar quraşdırıla bilər.

Sakinlər bildiriblər ki, binalarının girişi narkomanlar üçün az qala sığınacağa çevrilib, başqa yerlərdən gələn narkomanlar günün müxtəlif vaxtlarında binanın girişinə daxil olaraq narkotik vasitə qəbul edirlər. Hətta bu barədə aidiyyəti üzrə polisə məlumat verilsə də, nəticəsi olmayıb.

Sakinlərin sözlərinə görə, narkomanların istifadə edib binanın girişinə atdıqları şpritsləri yığıdırmaqdan yorulublar. Bina sakinləri haqlı olaraq bunu xüsusən də övladları üçün təhlükə sayır, həm oğurluq hadisəsi, həm də orada narkotik qəbul edən şəxslərə qarşı ciddi tədbir görülməsini tələb edirlər.

Sakinlər oğurluq hadisəsinin də həmin narkomanlar tərəfindən törədilməsindən şübhələnirlər.

Reyting.az Daxili İşlər Nazirliyinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Qeyd edək ki, sakinlər redaksiyaya hadisə yerindən çəkilmiş fotolar da göndəriblər:





Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər