Deputat: "Yeni binalarda təmirsiz mənzillərin satışı dayandırılsın”
Tarix: 05-05-2022 17:20 | Bölmə: Cəmiyyət
Deputat: "Yeni binalarda təmirsiz mənzillərin satışı dayandırılsın”

"Bütün yeni tikilən binalara mərkəzi istilik tələbləri qoyulmalıdır. Bina evlərində fərdi kombilər ləğv edilməlidir. Enerji effektivliyinin tətbiq edilməsi, təbii ki, tikinti sahəsində qiymətlərin də bahalaşmasına səbəb olacaq. Amma, mənzilin aylıq xərcində bu, özünü tamamilə doğruldacaq. Onun üçün də enerji effektivliyi üçün tələblər ciddi şəkildə həyata keçirilsin”.

Reyting.az 
xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, yeni tikilən binalarda mənzillərin təmirsiz satılmasının da qarşısı alınsın: "Yeni tikilən bütün binalar təmirli və standartlara uyğun şəkildə təhvil verilsin. Təmirsiz mənzillərin satışı dayandırılsın”.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər