Narkotikə görə daha 13 nəfər tutulub - Fotolar
Tarix: 06-05-2022 09:15 | Bölmə: Cəmiyyət
Narkotikə görə daha 13 nəfər tutulub

Son iyirmi gündə Balakəndə keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

Bu barədə “Reytinq” qəzetinə DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat veriblər.

Daxil olmuş əməliyyat məlumatı əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Əhməd Məmmədov, Mehdi İsayev və Fərhad Layıcov saxlanılıblar. Şəxsi axtarış zamanı saxlanılanların hər birindən müxtəlif çəkilərdə qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırmalar zamanı onlara narkotik vasitəni satan şəxslərin - Fərrux Xəlilov, Rəvan Şabanov və Yaşar Mahamacanov oluqları müəyyən edilib. Onlar tutularaq istintaqa təqdim ediliblər. Narkotacirlərdən satdıqları narkotik vasitədən əldə etdikləri pul və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat nəticəsində daha 6 nəfər - Rasim Məmliyev, Çıraq Çıraqov, Şaban Qıstarov, Səbuhi Misirov, Rafael Manafov və Vəfadar Osmanov saxlanılıb. Onlardan külli miqdarda heroin və qurudulmuş marixuana aşkarlanıb.

Yaşadığı ünvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Ramil Dibirov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qulluq göstərməklə yetişdirdiyi çətənə bitkisinin şitilləri qablaşdırılaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}