Laçında iki ay əvvəl itkin düşən hərbçilərlə bağlı rəsmi - Açıqlama
Tarix: 18-05-2022 17:14 | Bölmə: Cəmiyyət
Laçında iki ay əvvəl itkin düşən hərbçilərlə bağlı rəsmi - Açıqlama

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır:

“Dağlara yağan qar hələ də əriməyib. Bunlar isə axtarış tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin düşən hərbçilərimizin axtarış davam edir”.

Qeyd edək ki, martın 5-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}