Kamran Əliyev: "Ölüm işləri ilə bağlı xüsusi qruplar yaradılıb"
Tarix: 18-05-2022 17:54 | Bölmə: Cəmiyyət
Kamran Əliyev: "Ölüm işləri ilə bağlı xüsusi qruplar yaradılıb"

"Şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb".

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, lüm işləri bağlı qaldıqca cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yaradır:

"Ona görə də bu, bizim fəaliyyət istiqamətimiz üçün çox vacibdir. Ümumiyyətlə şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb. Burada prokurorluğun müstəntiqləri, xüsusi ilə qeyd etməliyəm ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarları bu işə cəlb olunublar. Üç qurum birlikdə bu istiqamətdə fəaliyyət göstərir. Ötən il 8, bu il isə 7 belə cinayət işinin açılması təmin edilib. Bir sıra cinayətlərin üstünün açılması isə çox yaxındır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər