Bakıda icra məmuru qadın vəkili döyüb
Tarix: 18-05-2022 23:12 | Bölmə: Cəmiyyət
Bakıda icra məmuru qadın vəkili döyüb

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

Reyting.az
xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Məlumata görə, Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub:

"Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər