Qarabağ zonasında daha 413 hektar ərazi minalardan təmizlənib
Tarix: 23-05-2022 10:55 | Bölmə: Cəmiyyət
Qarabağ zonasında daha 413 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Reyting.az-a verilən məlumata görə, mayın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 109, tank əleyhinə 69 mina və 155 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 413 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq