“Lotu Quli"nin adından istifadə edib 12 milyonluq əmlak ələ keçirən şəxsə hökm oxunub
Tarix: 23-05-2022 13:09 | Bölmə: Cəmiyyət
“Lotu Quli"nin adından istifadə edib 12 milyonluq əmlak ələ keçirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vüsal Axundov 14 il azadlıqdan məhrum olunub.

Qeyd olunub ki, ittiham olunan şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Prokuror ona 16 il cəza istəmişdi.

İttihama görə, Vüsal Axundov sahibkar əmisi oğlu Emin Axundovun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.

O, əmisi oğluna kriminal avtoritet "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər