Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmağa məcbur olub
Tarix: 23-05-2022 21:26 | Bölmə: Cəmiyyət
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmağa məcbur olub

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatına görə, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq