Ortaq türk dərslikləri müzakirə olunub
Tarix: 24-05-2022 17:15 | Bölmə: Cəmiyyət
Ortaq türk dərslikləri müzakirə olunub

Beynəlxalq Türk Akademiyasının hazırladığı “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” kursu üzrə proqramlar və dərslik layihələrinin yekun qiymətləndirilməsi məqsədilə İstanbulda geniş tərkibdə müzakirə təşkil edilib.

Reyting.az
Təhsil Nazirliyinə istinadla bildirir ki, üç günlük seminarda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan adıçəkilən fənlər üzrə ekspertlər, o cümlədən hər bir ölkənin Təhsil nazirliklərinin nümayəndələri, Beynəlxalq Türk Akademiyasının təmsilçiləri, Türk Dövlətləri Təşkilatının nümayəndələri iştirak ediblər.

Mütəxəssislər “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” proqramları və dərsliklər üzərində işlər aparıb, layihənin daha keyfiyyətli olması, şagirdlərdə geniş təsəvvür formalaşdırması, dərsliklərin ideyasının şagirdlərə düzgün çatdırılması, türkdilli dövlətlərdə təhsil alan şagirdlərin zəngin keçmişini bilməsi və onların fikir baxımından yaxınlaşmasına dair müzakirələr aparıblar.

Müzakirələrin sonunda layihəyə dair ortaq qərarlar qəbul edilib.





Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər