Azərbaycan hərbi pilotları "Anadolu Qartalı-2022" təliminə qatılıb
Tarix: 25-05-2022 14:17 | Bölmə: Cəmiyyət
Azərbaycan hərbi pilotları "Anadolu Qartalı-2022" təliminə qatılıb

Türkiyənin Konya şəhərində "Anadolu Qartalı-2022" (“Anatolian Phoenix-2022”) beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

Reyting.az
xəbər verir ki, manevrdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət 2 "Mi-17-1V" çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}