AAK sədrinə müavin təyin olunub
Tarix: 01-06-2022 09:45 | Bölmə: Cəmiyyət
AAK sədrinə müavin təyin olunub
Sakin Cabarov

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) sədrinə müavin təyin olunub.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsinə fizika elmləri doktoru, dosent Sakin Cabarov təyinat alıb.

Qeyd edək ki, Sakin Həmid oğlu Cabarov 1983-cü il avqustun 30-da Xaçmaz rayonunun Dədəli kəndində anadan olub.

Bakı Dövlət Universitetini bitirib.

O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi fizika kafedrasında çalışıb. “Advanced Physical Research” jurnalının baş redaktoru olub. AMEA Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

Son təyinata qədər Ali Attestasiya Komissiyasının şöbə müdiri işləyib.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}